Tanınmış iş adamı Elon Mask, süni intellekt startapı xAI-a məxsus Grok adlı söhbət botu tətbiqinin App Store-dakı sıral yeri ilə bağlı Apple-a qarşı hüquqi tədbir görəcəyini bildirib.
Marja.az xəbər verir ki, Mask, sosial media platforması X-də belə yazıb:
“Apple, OpenAI-dan başqa heç bir süni intellekt şirkətinin App Store-da 1-ci yerə çatmasını mümkünsüz edəcək şəkildə hərəkət edir; bu, açıq-aşkar inhisarçılıq pozuntusudur. xAI dərhal hüquqi tədbir görəcək.”
Mask başqa bir paylaşımında isə belə deyib: “Dünyanın 1 nömrəli xəbər tətbiqi olan X-i və bütün tətbiqlər arasında 5-ci yerdə olan Grok-u nə üçün "Mütləq olmalıdır" bölmənizə əlavə etmirsiniz? Siyasət aparırsınız?”.