RU

Livan-Azərbaycan Dostluq Assosiasiyası yaradılıb

Bakı.Trend:

Livanın paytaxtı Beyrut şəhərində Livan-Azərbaycan DostluqAssosiasiyası yaradılıb və tərkibi təsdiq edilib.

Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, təşkilatın yaradılması vaxtilə Azərbaycanınmüxtəlif universitetlərində ali təhsil almış livanlı məzunların,xüsusilə doktor mühəndis Əkrəm Tarhininin təşəbbüsü ilə həyatakeçirilib.

Assosiasiyanın yaradılmasında məqsəd hər iki ölkənin xalqlarıarasında əlaqələrinin möhkəmləndirilməsi, elm, mədəniyyət, təhsil,turizm, səhiyyə, sosial və digər sahələrdə birgə fəaliyyətgöstərməkdir.

Qeyd edilib ki, assosiasiyanın prezidenti Əkrəm Tarhini Livanınİnkişaf və Bərpa Şurasının layihə rəhbəridir. O, 1991-ci ildəAzərbaycan Dövlət Neft və Sənaye Universitetində, daha sonraAzərbaycan Memarlıq və İnşaat Universitetinin təhsil alıb.Ölkəmizdə keçirilən bir sıra dövlət və beynəlxalq əhəmiyyətlitədbirlərdə qonaq qismində iştirak edib. Bir müddət əvvəl isəLivanın Kavaşra kəndində iki ölkə arasındakı münasibətlərininkişafına xidmət edən, eləcə də burada yaşayan türkman xalqınınnümayəndələri üçün mühüm hadisə olan Azərbaycan Evinin açılışmərasiminə qatılıb.

Избранный
26
5
az.trend.az

7Источники