RU

® Mərkəzi Gömrük Hospitalının Laboratoriyası dəqiq və sürətli diaqnostika təqdim edir

Laboratoriya diaqnostikası tibb elminin bir hissəsini təşkil edir. O, xəstəliyi və onun gedişini laboratoriya müayinə üsulları ilə öyrənir və diaqnozun təyin edilməsində lazımi məlumatları verir. Hazırda Mərkəzi Gömrük Hospitalında laboratoriyaların ümumi iş prinsipinə uyğun olaraq kliniki, biokimyəvi, koaqulopatoloji, hematoloji, bakterioloji, immunoloji və molekulyar-mikrobioloji kimi laborator müayinələr aparılır. Laboratoriya şöbəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Səbinə İbrahimova laboratoriyanın fəaliyyəti barədə geniş və ətraflı məlumat verib.

Laboratoriya ən müasir avadanlıq və qabaqcıl texnologiyalarla təchiz olunub. Burada dəqiq və vaxtında diaqnostika üçün bütün zəruri laborator analizlər həyata keçirilir. Pasiyentlərin sağlamlığının qorunması və xəstəliklərin erkən mərhələdə aşkarlanması üçün laboratoriya şöbəsi beynəlxalq standartlara tam uyğun olaraq fəaliyyət göstərir.

Səbinə İbrahimovanın verdiyi məlumata görə, laboratoriyada istifadə olunan tam avtomatlaşdırılmış analizatorlar sayəsində nəticələrin yüksək dəqiqliklə və sürətlə əldə edilməsi həkimlərə xəstə üçün ən optimal müalicə planını hazırlamağa imkan yaradır. Bundan əlavə, laboratoriya şöbəsinin peşəkar və təcrübəli heyəti hər bir analiz prosesini ciddi keyfiyyət nəzarəti altında həyata keçirir, bu da diaqnostika prosesinin etibarlılığını təmin edir.

Mərkəzi Gömrük Hospitalının Laboratoriyası, həmçinin xəstələrə geniş spektrli qan, sidik, bio-kimyəvi, mikrobioloji və immunoloji analiz xidmətləri göstərir. Laboratoriya şöbəsinin məqsədi yalnız dəqiq nəticə verməklə yanaşı, pasiyentlərin rahatlığı və onlara sürətli xidmət göstərilməsidir.

Hazırlanan videoçarxda Səbinə İbrahimovanın laboratoriyanın fəaliyyəti haqqında geniş təqdimatını izləmək olar.

Избранный
136
50
azertag.az

10Источники