RU

İran BAEA ilə məsləhətləşmələrə yenidən başlayacaq

Bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi yerli mətbuataaçıqlamaverib. O diqqətə çatdırıb ki, bu qərar BAEA-nın nümayəndəsi ilə aparılmış danışıqların nəticəsində verilib.

"İclasda, eyni zamanda, İsrail və ABŞ-nin İrana (iyunun 13-dən 25-dək – red.) hücumu fonunda BAEA-nın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi sərt tənqidlə qarşılanıb",– Qəribabadi deyib.
İran XİN: "BAEA ilə əməkdaşlığı canlandıracağıq"

Xatırladaq ki, İran və BAEA arasında son illərdə münasibətlər gərgindir. Agentliyin iddiasına əsasən, İran öz nüvə proqramı üzrə qeyri-şəffaf fəaliyyət göstərir, müfəttişlərin nəzarətini məhdudlaşdırır. İran hökuməti isə BAEA-nı ABŞ və İsrailin təzyiqi əsasında qeyri-obyektiv və siyasi məğzdə yanaşmada təqsirləndirir.

Digər tərəfdən, iyunun 13-dən 25-dək İran və İsrail arasında raket hücumlarına əsaslanan müharibə baş verib. ABŞ-nin də İsrail tərəfinə dəstək verdiyi müharibə ərzində İran ərazisindəki bir çox nüvə obyekti hədəfə alınaraq sıradan çıxarılıb. Müharibə fonunda BAEA-nın və şəxsən Rafael Qrossinin fəaliyyətsizliyinə görə İranla agentliyin münasibətləri də gərginləşib. Prezident Məsud Pezeşkiyan iyulun 2-də agentliklə əməkdaşlığın dayandırılması üzrə fərman verib. Xarici işlər naziri Abbas Əraqçi isə vurğulayıb ki, "bu qərara baxmayaraq, əlaqələrin bərpası həmişə mümkündür". Rəsmi Tehran BAEA ilə əməkdaşlığın bərpası üçün nüvə obyektlərinin və nüvə alimlərinin təhlükəsizliyi şərtini irəli sürüb.

Firudin Həmidli
AzVision.az
Избранный
10
1
azvision.az

2Источники