Daha əvvəl Türkiyənin “Qalatasaray”, “Kasımpaşa” və “Karagümrük” klublarında çıxış edən Mbaye Diaqne yenidən qardaş ölkəyə Türkiyəyə qayıdıb.
Fanat.Az xəbər verir ki, Birinci Liqa klubu "Amedspor" təcrübəli hücumçu ilə razılığa gəldiyini açıqlayıb.
Klubun sosial media hesabından yayılan açıqlamada Mbaye Diaqne ilə prinsipial razılığın əldə edildiyi, futbolçu ilə bu gün Diyarbəkirdə keçiriləcək mərasimdə rəsmi müqavilə imzalanacağı bildirilib.
2018-ci ilin yanvarında Türkiyəyə ilk ayaq basan seneqallı forvard bir il sonra 13 milyon avroya "Qalatasaray"a transfer olub. O, "sarı-qırmızı"lı formada Super Liqa, Türkiyə Kuboku və Superkubokunu qazanmaqla yanaşı, 30 qol vurub. Növbəti mövsüm Diaqne Belçikanın “Brügge”, daha sonra isə “Vest Bromviç”ə icarəyə verilib. "Qalatasaray" karyerası planlaşdırıldığı kimi getməyən Diaqne 2022-ci ilin yayında azad agent kimi "Karagümrük"ə keçib. Karagümrükdə bir mövsüm keçirdikdən sonra Diaqne qol vurmağa davam etdi və mövsümün sonunda "Əl-Qadsiah"a keçərək türk karyerasını bitirdi .
Daha sonra "Əl-Qadsiah" və "Neom"da çıxış edən 33 yaşlı hücumçu ötən mövsüm başa çatdıqdan sonra sərbəst qalıb.
Mirağa