RU

Qitə birinciliyinin bütün iştirakçıları müəyyənləşdi

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

Qadın voleybolçular arasında Avropa çempionatının bütün iştirakçıları dəqiqləşib. Qrup oyunlarının yekununa əsasən 2026-cı ildə keçiriləcək final mərhələsində mübarizə aparacaq 24 komanda bəlli olub.Vaxtından əvvəl qrup birinciliyini təmin edən Almaniya, Belçika, Sloveniya, İspaniya və Yunanıstan, həmçinin son turdan öncə iştirakını rəsmiləşdirən Rumıniya və Monteneqroya Xorvatiya da qoşulub. Sonuncular seçmə mərhələni lider kimi bitirib. 7 qrupda 5 ən yaxşı ikinci yerin sahibi – Avstriya, Latviya, Macarıstan və Portuqaliya da AÇ-2026-ya vəsiqə qazanıb. Rumınlar son turda uduzduqlarından “beşliy”i tamamlayıblar.Beləliklə, Azərbaycan, Türkiyə, Çexiya və İsveçin evsahibliyi edəcəyi turnirə qatılacaq 24 komanda müəyyənləşib.Ev sahibi kimi: Azərbaycan, Türkiyə, Çexiya, İsveçAÇ-2023-ün nəticəsinə əsasən: Serbiya, Niderland, İtaliya, Polşa, Fransa, Bolqarıstan, Ukrayna, SlovakiyaAÇ-2026-nın seçmə mərhələsiQrup qalibi kimi: Almaniya, Belçika, Sloveniya, İspaniya, Yunanıstan, Monteneqro, XorvatiyaƏn yaxşı qrup ikinciləri kimi: Rumıniya, Avstriya, Latviya, Macarıstan, PortuqaliyaXatırladaq ki, Avropa çempionatı gələn il avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
2
icma.az

10Источники