RU

Ukraynada kənd təsərrüfatı təyyarəsi R-73 raketləri ilə silahlandırılıb

Ukrayna kənd təsərrüfatında istifadə edilən Z-137 “Agro Turbo” təyyarələrini raket daşıya və ata biləcək şəkildə təkmilləşdirib.

“Poliqon” xəbər verir ki, bu, “Tysk” Milli İnformasiya Portalının sosial şəbəkələrdə paylaşdığı videogörüntüdə öz əksini tapıb.

“R-73 raketlərinin buraxılması üçün təchiz edilmiş Z-137 “Agro Turbo” təyyarəsinin uçuşu, Ukrayna əraziləri üzərində haradasa”, – deyə paylaşımda bildirilib.

Bu görüntü rəsmi şəkildə təsdiqlənməyib, həmçinin yer və tarix dəqiqləşdirilməyib. Lakin bəzi analitiklər arxa planda görünən buğda tarlasını əsas götürərək, bunun iyul ayının sonlarında Ukraynada çəkildiyini düşünürlər.

Z-137 “Agro Turbo” keçmiş Çexoslovakiya istehsalı kənd təsərrüfatı təyyarəsidir və əsasən bitkilərin mühafizəsi üçün istifadə olunur. Videoda isə təyyarənin hərbi istifadəyə uyğunlaşdırıldığı və ona R-73 (NATO adı AA-11 “Archer”) “hava-hava” raketlərinin inteqrasiya edildiyi görünür.

Xarici hərbi ekspertlər bu təyyarə ilə bağlı bir neçə qeyri-adi xüsusiyyətə diqqət çəkiblər. Ukraynada modifikasiya edilmiş bir çox təyyarədə dost atəşini önləmək üçün göy-sarı milli işarələr olur, amma bu təyyarədə belə rəngləmə yoxdur. Onun əvəzinə isə quyruğunda 2015-2018-ci illər arasında istifadə olunan tanıma zolaqları var. Silahların dəqiq konfiqurasiyası görüntüdən təsdiqlənə bilməsə də, kənd təsərrüfatı təyyarəsinin döyüş funksiyalarına uyğunlaşdırılması Ukraynanın davam edən münaqişə şəraitində tətbiq etdiyi geniş improvisasiya tendensiyasını göstərir. Əvvəllərdə Ukrayna ənənəvi döyüş təyyarələri mövcud olmadıqda və ya uyğun olmadıqda mülki təyyarələri müşahidə, logistika və hətta birbaşa hücum missiyaları üçün yenidən istifadəyə verib.

Əgər video həqiqətə uyğundursa, raketlə təchiz edilmiş Z-137 təyyarəsinin görünməsi mülki platformaların hərbi xidmətə cəlb olunmasının yeni nümunəsi olacaq. Kifayət qədər faydalı yük götürmə qabiliyyətinə malik bu kənd təsərrüfatı təyyarəsi möhkəm quruluşu, aşağı sürətdə idarə olunma bacarığı və qısa eniş-qalxış zolaqlarında fəaliyyət göstərmə imkanları ilə seçilirlər. Bu isə onları lokal müdafiə və sürpriz zərbələr üçün əlverişli edir.

Избранный
6
1
poliqon.az

2Источники