RU

“Qarabağ” – “Şkendiya” oyunu üçün satılmış biletlərin sayı açıqlandı

Bakı. Trend:

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda"Qarabağ" və Şimali Makedoniyanın “Şkendiya" komandaları arasındakeçiriləcək cavab oyununa satılan biletlərin sayı açıqlanıb.

Ağdam təmsilçisindən Trend-ə verilən məlumata görə, artıq qarşılaşma üçün25 min bilet satılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçınbiletlərinin qiyməti, müvafiq olaraq, 5, 10, 20, 30, 75 və 100manat təşkil edir.

Qeyd edək ki, bu gün oynanılacaq "Qarabağ" - "Şkendiya" görüşüsaat 20:00-da start götürəcək. İlk matçda Ağdam təmsilçisi 1:0hesabı ilə qalib gəlib.

Избранный
34
15
az.trend.az

10Источники