Bakı.Trend:
Cari ilin 7 ayı ərzində 6,5 min nəfər kimi işsizlikdən sığortaödənişi ilə bağlı qeydiyyata alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əmək münasibətlərinə müəyyən olunmuş əsaslarlaxitam verilmiş və işsiz kimi qeydiyyata alınmış sığorta olunanlaraitirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiştəminat forması kimi işsizlikdən sığorta ödənişi ödənilir:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktivməşğulluq tədbirlərinin əsas istiqamətlərindən biri də əlilliyiolan şəxslər üçün məşğulluq imkanlarının yaradılmasıdır.
Bu sahədə aparılan işlərin nəticəsi olaraq bu ilin 7 ayı ərzindəDövlət Məşğulluq Agentliyi həmin kateqoriyadan olan 3,3 min nəfərimünasib işlərlə təmin edib. Əlilliyi olan 950-dək şəxs isəözünüməşğulluq proqramına cəlb edilib. Onlar proqram çərçivəsindəmal və materiallarla təmin olunaraq öz kiçik təsərrüfatlarınıqurublar”.
Məlumatda qeyd edilib ki, Agentlik tərəfindən bu ilin 7 ayındaəlilliyi olan 259 şəxs isə əmək bazarının tələblərinə uyğun peşələrüzrə peşə hazırlığına cəlb edilib:
“Həmçinin, gözdən əlilliyi olan 35 şəxs üçün ötən ay xüsusiproqram əsasında kompüter operatoru peşəsi üzrə peşə hazırlığıkursuna başlanıb. Qeyd edək ki, əlilliyi olan şəxslərin məşğulluqimkanlarının artırılması və onların cəmiyyətə adaptasiyasıməqsədilə mütəmadi olaraq layihələr və peşəyönümü məsləhətxidmətləri də həyata keçirilir”.