RU

Naxçıvan sakininin idarə etdiyi yük maşını İranda aşıb

İranda baş verən yol qəzasında Naxçıvan sakini olan sürücü xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisənin İranın Culfa şəhəri yaxınlığında baş verdiyi bildirilir.

Naxçıvan sakini olan sürücünün idarə etdiyi yük avtomobili magistral yolda idarəetmədən çıxaraq aşıb. Sürücü xəsarət alıb.

Naxçıvan
Избранный
80
42
apa.az

10Источники