RU

Samuxda qadağan olunmuş 100 tona yaxın pestisid zərərsizləşdirilib



Samuxda 100 tona yaxın istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatının daşınması həyata keçirilib.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, beynəlxalq təhlükəsizlik tələblərinə uyğun şəkildə qablaşdırılan yüklər zərərsizləşdirilmək məqsədilə xüsusi nəqliyyat vasitəsilə “Cəngi pestisid poliqonu”na yola salınıb.

"Pestisidlərin xüsusi lisenziyaya malik müəssisələrdə yandırılaraq tam zərərsizləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, təmizlənmiş ərazilərdə çirklənməyə məruz qalmış torpaqların bərpası məqsədilə bioremediasiya üsullarından istifadə ediləcək və bu proses müvafiq dövlət qurumları ilə birgə həyata keçiriləcək", - məlumatda qeyd olunub.

Tədbirlər növbəti mərhələdə Füzuli və İmişli rayonlarında yerləşən təhlükə potensiallı obyektlərdə də davam etdiriləcək.

Mehman Mehdiyev
Избранный
65
6
newscenter.az

10Источники