ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Ruge Azərbaycanın və Ermənistanın alyansdakı nümayəndələri ilə görüşüb.
Bu barədə B.Ruge "X"də yazıb.
Bildirilib ki, tərəflər Azərbaycan və Ermənistan arasında avqustun 8-də Vaşinqtonda əldə olunan razılıqları müzakirə ediblər.
"NATO adından Ermənistan və Azərbaycan səfirlərini ABŞ hökumətinin Vaşinqtonda təşkil etdiyi tarixi görüş münasibətilə təbrik etdim.
NATO bu irəliləyişi alqışlayır və tərəfdaşlığımızı qurmaq və regional təhlükəsizliyi təşviq etmək üçün həm Ermənistan, həm də Azərbaycanla yaxından işləməyə davam edəcək", - o bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.