RU

Ərdoğan Gürcüstana futbol matçına dəvət olunub

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı sentyabrın 4-də Tbilisidə iki ölkənin futbol yığmaları arasında keçiriləcək matça dəvət edib.

Operativ Media xəbər verir ki, o, dəvəti R.T.Ərdoğanla keçirdiyi birgə mətuat konfransında səsləndirib.

M.Kavelaşvili qarşılaşmanı Türkiyə prezidenti ilə izləmək istədiyini qeyd edərək, oyunun əla keçəcəyinə əminliyini bildirib.

R.T.Ərdoğan öz növbəsində qeyd edib ki, Gürcüstan-Türkiyə matçı ölkələr arasında münasibətləri daha da möhkəmləndirəcək.

Избранный
32
2
operativmedia.az

3Источники