Beyləqan, 12 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Beyləqanda müxtəlif tədbirlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir gənc marafonçuların və velosipedçilərin yürüşü ilə başlayıb. Şəhərin qərb girişindən start götürən yürüş iştirakçıları Heydər Əliyev parkında finiş ediblər. Parkda karateçilərin, güləşçilərin, tennis və şahmat ustalarının nümunəvi çıxışları nümayiş etdirilib. Gənclərin əl işləri, rəsm əsərləri və kitablardan ibarət sərgi iştirakçıların marağına səbəb olub. Tədbirə gələnlər gənc rəssamların yaradıcılıq prosesini izləyiblər. Ardınca könüllü gənclər tərəfindən park və ətraf ərazilərdə təmizlik aksiyası həyata keçirilib.
Tədbir mədəniyyət müəssisələrinin musiqi kollektivlərinin təqdim etdiyi konsert proqramı ilə davam edib.