ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Donald Tramp Çin mallarına artan gömrük rüsumlarının tətbiqini daha 90 gün təxirə salan fərman imzalayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar ABŞ və Çinin may ayında qarşılıqlı olaraq artırdıqları tarifləri azaltmaq üçün təyin etdiyi 90 günlük müddətin bitməsinə bir neçə saat qalmış verilib.
Belə ki, Ağ Ev Trampın Çinə tarifləri dayandırmağa davam edəcək bir sərəncam imzaladığını açıqlayıb.
Qeyd edək ki, fərmana əsasən, Çindən idxal olunan mallara artan gömrük rüsumlarının dayandırılması noyabrın 10-dək uzadılıb.
Məhəmməd Tağıyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.