Kərbəla ziyarətinə gedən zəvvarları aldadıb Tiflisdə yarıyolda qoydular.
"Risalət Travel"in rəhbərinin Kərbəla Ziyarətinə gedən zəvvarları çətin vəziyyətə saldığı iddia edilir.
Bu barədə zərərçəkən zəvvarlar “Xəzər Xəbər”ə müraciət ediblər. Onlar bildirirlər ki, 200-ə yaxın şəxsin hər biri tur rəhbəri olan Rasim Şahbazov adlı şəxsə Kərbəla ziyarətinə getmək üçün 600 dollardan artıq pul ödəyib. Rasim Şahbazov isə zəvvarları Gürcüstanın Tiflis şəhərinə göndərdikdən sonra özünün də onların arxasıyca gələcəyini bildirsə də, pulları mənimsəyərək yoxa çıxıb. Öz hesablarına avtobuslarla ziyarətə gedən zəvvarlar hazırda orada çətin vəziyyətdədirlər.
Zərərçəkən zəvvarlar deyirlər ki, tur rəhbəri onlara geridönüş biletləri də almayıb. Onlar da öz üzərlərində əlavə pul götürmədiklərindən bilet alıb geri dönə bilmirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.