Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti sınağına çıxıb.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşıb.
Azərbaycan və Şimali Makedoniya çempionları arasındakı ilk görüş ötən həftə Skopye şəhərində baş tutmuşdu. “Todor Proeski” stadionunda keçirilmiş qarşılaşma Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Tərəflər arasındakı cavab görüşü isə Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib. Qurban Qurbanovun çalışdırdığı kollektiv yeni avrokubok mövsümünə uğurlu startın davamını gətirməyə çalışıb. Ağdam klubu ÇL-in 2-ci təsnifat mərhələsində də İrlandiyanın “Şelburn” komandasını hər iki oyunda məğlub etmişdi. “Şkendiya” isə böyük sürprizə imza ataraq Rumıniya nəhəngi “Styaua”ya həm evdə, həm də səfərdə qalib gəlmişdi.
“Qarabağ” bu rəqiblə ev matçında daha parlaq oyun nümayiş etdirib. Rəqibini böyük hesabla məğlub etmiş Azərbaycan çempionu sürprizə imkan verməyib.
Onu da xatırladaq ki, “Qarabağ” növbəti mərhələdə “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. “Şkendiya” da Avropa Liqasında eyni cütün uduzanı ilə üz-üzə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
12 avqust
“Qarabağ” – “Şkendiya” 5:1
Qollar: Klisman Keyk, 16-öz qapısına. Kadi Borges, 18. Nəriman Axundzadə, 33. Marko Yankoviç, 35-pen. Leandro Andrade, 59 – Fabris Tamba, 10.
Baş hakim: Danni Makkelie
Baş hakimin köməkçiləri: Hessel Steeqstra, Yan de Vries
Dördüncü hakim: Mark Naqteqaal
VAR: Dennis Hiqler
AVAR: Riçard Martens (Hakimlər briqadası Niderlanddandır).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Semi Mmaee, 6. Kris Kuaku, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Şkendiya: 24. Babukar Qaye, 2. Aleksander Trumçi, 4. Reşat Ramadani, 5. Klisman Keyk, 7. Besart İbraimi (k), 11. Ronaldo Uebster, 15. İmran Fetai, 17. Arbin Zeynullai, 28. Kamer Qaka, 29. Fabris Tamba, 77. Liridon Latifi.
Ehtiyat oyunçular: 25. Astrit Amzai, 30. Ferat Ramani, 6. Alhassan Adamu, 8. Florent Ramadani, 9. Fiton Ademi, 10. Endrit Krasniqi, 16. Mevlan Murati, 19. Vane Krstevski, 22. Numan Ayetovik, 26. Anes Meliqi, 27. Lorik Kaba, 38. Amir Nuhiya.
Baş məşqçi: Jeton Beqiri.