RU

İranın bəzi əyalətləri avqustun 13-nü "istirahət günü" elan edib

İranın bölgələrinin yarıdan çoxunun hakimiyyət orqanları avqustun 13-nü dövlət qurumları üçün qeyri-iş günü elan edib, bunda məqsəd ilin ən isti mövsümündə elektrik enerjisi istehlakını azaltmaq olub.

Oxu.Az bildirir ki, bu barədə SNN telekanalı məlumat verib.

Qeyd olunub ki, ölkənin 31 regionundan 16-da belə tədbirlər görülüb və bəzilərində həm dövlət, həm də bank qurumları işləməyəcək.

Qeyd edək ki, İran son illərdə enerji infrastrukturunun həddən artıq köhnəlməsi səbəbindən ölkənin müxtəlif bölgələrinin fasiləsiz elektrik təchizatı ilə təmin edilməsində ciddi çətinliklərlə üzləşir.

Избранный
5
demokrat.az

1Источники