"Qarabağ" Azərbaycan futbolu tarixində dördüncü dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi
Ağdam klubu Şimali Makedoniya təmsilçisi "Şkendiya"nı 5:1, ümumilikdə isə 6:1 hesabı ilə məğlub edib.
⚽️ Qollar: Tamba, 10 (0:1), Tsake, 16-müəllif. (1:1), Kadi, 18 (2:1), Axundzadə, 33 (3:1), Yankoviç, 35-pen. (4:1), Andrade, 59 (5:1)
"Qarabağ"ın rəqibi bu gün Macarıstanın "Ferençvaros"u ilə Bolqarıstanın "Ludoqorets" komandaları arasında keçiriləcək görüşdə müəyyənləşəcək. Oyun Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
“Qarabağ” pley-off mərhələsində ilk oyununu avqustun 19 və ya 20-də səfərdə keçirəcək.