RU

Türkiyədə işçiləri daşıyan mikroavtobus aşdı: 23 yaralı

Türkiyənin Adıyaman bölgəsinin Tut rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun xəndəyə aşması nəticəsində baş verən qəzada 23 nəfər xəsarət alıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Qəza axşam saatlarında Tut rayonu yaxınlığında baş verib. Kənd təsərrüfatı işçilərini aparan mikroavtobus sürücünün idarəetməni itirməsi nəticəsində  arxa aşıb. Mikroavtobusda olan 23 nəfər xəsarət alıb.

Şahidlərin qəza barədə məlumat verməsindən sonra gələn təcili tibbi yardım əməkdaşları yaralıları mikroavtobusdan çıxarıblar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra müalicə olunmaq üçün Tut Dövlət Xəstəxanasına və Adıyaman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

QAZİLER.AZ

Избранный
14
qaziler.az

1Источники