RU

İki qrup arasında silahlı atışma - 9 nəfər yaralanıb

Son günlər geniş müzakirə olunan mövzulardan biri maşından əlini çölə çıxaranların cərimə olunması ilə bağlı yeni qaydanın olmasıdır.

Belə bir qayda varmı? Yaxud belə bir qaydaya ehtiyac var?

Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov "redaktor.az"a açıqlamasında bildirdi ki, əlin maşından çölə çıxarılmasına görə cərimə nəzərdə tutulmayıb.

"Amma sürücü bilməlidir ki, əlini, qolunu çölə çıxarmaqla o öz sağlamlığına təhlükə yaradır. Yanından keçən avtomobil onun qoluna, əlinə xətər yetirə bilər. Belə bir qaydaya və qadağaya da ehtiyac yoxdur. Sürücü bəzi hallarda manevr edən zaman, dönmə edən zaman, dönmə işıqları ilə yanaşı, əlini çıxararaq da sağa və ya sola, digər yol hərəkəti iştirakçılarına bu haqda bir növ məlumat verə bilir".

Müsahibimiz vurğuladı ki, sükanı buraxaraq avtomobili idarə etməyə görə cərimə mövcuddur:

"Düşünürəm ki, belə də olmalıdır. Çox təəssüf bəzən biz müşahidə edirik ki, istər sıravi vətəndaşlar olsun, istər tanınmış şəxslər olsun avtomobili idarə edərkən selfi çəkirlər, video çəkirlər, əli sükandan götürərək avtomobili idarə edirlər. Bunların hamısı lazımsız hərəkətlərdir və qəzalara gətirib çıxara bilər. Dövlət yol polisinin də tövsiyəsi sırf təhlükəsizliklə bağlıdır və burada əsas məqam ondan ibarətdir ki, əlləri sükandan götürərək avtomobili idarə etməsinlər, avtomobili idarə edərkən sürücü və ya sərnişin qolunu kifayət qədər çox çıxarmasın, digər yol hərəkəti iştirakçılarına da, özünə də risk yaratmasın".

Избранный
10
avtosfer.az

1Источники