AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ” komandasını UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.
Bu barədə o, “Facebook” sosial şəbəkə hesabında yazıb.
“UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın “Şkendiya” klubuna qalib gələrək turnirin pley-off mərhələsinə yüksələn “Qarabağ” komandasını ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm”, – milli assosiasiyanın rəhbəri bildirib.
Qeyd edək ki, “Qarabağ” “Şkendiya”nı 5:1 hesabı ilə məğlub edib. Azərbaycanda çempionu səfərdə rəqibini bir cavabsız qolla üstələmişdi.