ABŞ Prezidenti Donald Trampın qərarı ilə Vaşinqton polisi üzərində federal nəzarətin tətbiqi və Milli Qvardiya bölmələrinin şəhərə yerləşdirilməsi prosesi başlayıb. Tramp administrasiyası tərəfindən göndərilən 800 nəfərlik Milli Qvardiya heyətinin bir hissəsi artıq paytaxta çatıb. Ağ Ev bu addımı “qanunsuzluğun qarşısını almaq” məqsədilə atıldığını bəyan etsə də, yerli hakimiyyət nümayəndələri şəhərdə cinayət səviyyəsinin son illərin ən aşağı göstəricisinə düşdüyünü vurğulayır.
Prezident Tramp, fövqəladə vəziyyət elan edərək, Vaşinqton Polis Departamentini 30 gün müddətinə birbaşa federal idarəetməyə götürüb. Bu müddətin uzadılması yalnız Konqresin təsdiqi ilə mümkün olacaq. Ağ Evin sözçüsü Karolin Leavitt bildirib ki, artıq 850 federal hüquq-mühafizə əməkdaşı şəhərdə xidmət aparır və ilk gecədə 23 nəfər müxtəlif ittihamlarla saxlanılıb.
Şəhər meri Müriel Bouser, federal qüvvələrlə əməkdaşlıq edəcəyini bildirsə də, bu qərarın zəruriliyini sual altına alıb. O, cinayət statistikasında kəskin azalma olduğunu, avtoqaçırma hallarının isə son iki ildə 50 faizdən çox azaldığını xatırladıb. Buna baxmayaraq, federal hökumət küçə cinayətləri, gənclər arasında hüquqpozmalar və evsizliyə qarşı sərt tədbirlər görməyə davam edir.
Ekspertlər Trampın bu addımını, paytaxtın məhdud muxtariyyəti və 1973-cü il "Home Rule" Aktı çərçivəsində federal nəzarətə açıq olması ilə izah edirlər. Prezidentin Vaşinqton polisi üzərində birbaşa idarəetmə səlahiyyətini tətbiq etməsi ABŞ tarixində nadir hallardandır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта