Mingəçevirdə qız üstündə başlayan mübahisə qanla bitib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə avqustun 13-ü gecə şəhərin Nizami küçəsində baş verib.
2004-cü il təvəllüdlü Yevlax rayon sakini Rəşad Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü Tahirli İbrahim Fazil oğlunun döş nahiyəsinə bıçaqla xəsarətlər yetirib.
Yaralı xəstəxanaya çatdırılıb və dərhal reanimasiya şöbəsinə yerləşdirilib.
Əldə edilən ilkin məlumata görə, tərəflər arasında mübahisə qız üstündə olub.