RU

Perplexity, Chrome üçün 34,5 milyard dollarlıq təklif irəli sürdü

Süni intellekt əsaslı axtarış sistemi Perplexity, Google-dan Chrome-u 34,5 milyard dollar nağd ödəniş qarşılığında almağı təklif edib. Şirkət, Chrome istifadəçilərinin, o cümlədən standart axtarış "mühərrikinin", mövcud əsas parametrlərinin dəyişdirilməyəcəyinə söz verib. 

Marja.az-ın məlumatına görə, Perplexity rəsmən təsdiqləyib ki, Google-a təqdim edilən təklifdə Chrome-un əsas mühərriki olan Chromium-un açıq mənbə kimi qalacağı və inkişafına sərmayənin davam etdiriləcəyi qeyd olunub. Şirkət, bu məqsədlə açıq mənbə layihəsinə 3 milyard dollar yatırım etməyi öhdəsinə götürüb.

Təklif, ABŞ Ədliyyə Nazirliyinin Google-a qarşı qaldırdığı antitrest (rəqabət əleyhinə) iddiasında Chrome-un satılması təklifinin gündəmdə olduğu həssas bir vaxta təsadüf edir.

Perplexity əlavə edib ki, Chrome istifadəçilərinin ilkin ayarlarında — standart axtarış sistemi də daxil olmaqla — dəyişiklik etməyəcək. Yəni, öz süni intellekt dəstəkli axtarış mühərrikini standart olaraq (defolt) təqdim etmək əvəzinə, Google-un axtarış sistemini mövcud halda saxlayacaq.

Rəqib axtarış sistemi DuckDuckGo-nun baş icraçı direktoru isə bu ilin aprel ayında Chrome-un dəyərinin 50 milyard dolları keçə biləcəyini bildirmişdi. Perplexity-nin təklifi qəbul edilərsə, bu, böyük imkan kimi qiymətləndirilə bilər.

Bununla belə, Chrome üçün irəli sürülən bu məbləğ, Perplexity-nin indiyədək investorlarından topladığı məbləği və şirkətin mövcud dəyərini xeyli üstələyir. PitchBook məlumatına görə, Perplexity bu günə qədər təxminən 1,5 milyard dollar vəsait cəlb edib. Bloomberg-in xəbərinə əsasən, keçən ay şirkət 100 milyon dollarlıq əlavə investisiya raundu keçirib və ümumi bazar dəyərini 18 milyard dollara yüksəldib.

Üç il əvvəl təsis edilən Perplexity, Nvidia və SoftBank kimi nəhəng investorların da qatıldığı maliyyələşdirmə turları nəticəsində təxminən 1,5 milyard dollar fond toplayaraq süni intellekt sahəsində diqqətçəkən uğur hekayəsinə çevrilib.

Perplexity Google Chrome Chrome satışı Chromium süni intellekt axtarış sistemi Chrome təklifi Google xəbərləri texnologiya xəbərləri
Избранный
50
31
marja.az

10Источники