Əl-Nununun sözlərinə görə, Misir hökümətinin nümayəndələri ilə görüşlərdə əsas diqqət müharibəninin dayandırılmasına, Qəzzaya humanitar yardım çatdırılmasına və "xalqın əzablarına son qoyulmasına" yönələcək.
Xatırladaq ki, 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın İsrailə hücumu nəticəsində Qəzza zolağında tərəflər arasında müharibə başlayıb. Hücum əsnasında onlarla İsrail vətəndaşı əsir götürülüb. Həmin dövrdən bəri həm atəşkəs, həm də əsirlərin azadlığa buraxılmaları üçün bu və ya digər səviyyələrdə çoxsaylı danışıqlara aparılsa da,tutarlı nəticəyə varılmayıb.Əsirlərin isə yalnız bir qismi azadlığa çıxlb.
![]() |
İsrailli deputat:"Qəzzaya yardım adı ilə silah göndərilir" |
Hazırda İsrail Ordusununəsas məqsədi Qəzza zolağını bütünlüklə ələ keçirməkdir.Avqustun 7-də İsrailin Təhlükəsizlik Kabinetinin iclasında Qəzza zolağında hərbi əməliyyatların artırılmasına, Qəzza şəhərinin mühasirəyə alınmasına və tədricən ələ keçirilməsinə qərar verilib. Əksər ölkələr bu addımı qınayaraq, fəlakətli nəticələrə gətirib çıxaracağını bildirib.
Firudin Həmidli
AzVision.az