RU

Mingəçevirdə qız üstündə mübahisə - Bir nəfər bıçaqlandı

Mingəçevirdə qız üstündə başlayan mübahisə qanla bitib.
 
Moderator.az-ın məlumatına görə, hadisə gecə saatlarında şəhərin Nizami küçəsində baş verib.
 
Belə ki, 2004-cü il təvəllüdlü Yevlax rayon sakini Rəşad Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü Tahirli İbrahim Fazil oğlunun döş nahiyəsinə kəsilmiş-deşilmiş xəsarətlər yetirib.
 
Yaralı xəstəxanaya çatdırılıb. Durumu ciddi olan İbrahim Tahirli dərhal əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. İlkin məlumata görə, tərəflər arasında münaqişəyə səbəb qız məsələsi olub.
 
DİN-in Mətbuat Xidmətinin Şəki  regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.
 
Избранный
37
6
moderator.az

7Источники