«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev «Qarabağ»lı həmkarlarından kömək istəyib.
O, Marko Veşoviçin rəhbəri olduğu kluba keçidində yardım umub.
Monteneqrolu müdafiəçi 2021-ci ildən «köhlən atlar»ın şərəfini qoruyub. Balkanlı legioner bu ilin yayında Ağdam təmsilçisini tərk edib.
Ölkə çempionu tərəfindən yeni müqavilə təklifi almayan cinah oyunçusu hazırda ən real təklifi «Turan»dan alıb. Əyalət klubu Veşoviçə 300 min dollar civarında illik ödəmə etməyə hazırdır.
Quliyevi qayğılandıran onun kontrakta hələ də imza atmaması, danışıqları həftələrdir yubatmasıdır.
Odur ki, «Qarabağ»da çalışan funksionerlərin köməyinə bel bağlayır. İnanır ki, onlar bu söhbətə qoşulsa, Veşoviç söhbəti daha uzatmayacaq və Tovuzda oynamağa razılıq verəcək.
SPORTİNFO.AZ