RU

Əli Heydəri: “Dəhliz Azərbaycanın nəzarətində olarsa İran üçün təhlükə yoxdur”

Tribuna saytına istinadən ain.az xəbər verir.

“3+3 platformasının dirçəldilməsi Qafqaz problemlərinin həllinin ən yaxşı yoludur”.

Tribunainfo.az xəbər verir ki, bunu iranlı ekspert Əli Heydəri deyib.

Onun sözlərinə görə, İranın Qafqazdakı mövcudluğu Araz vasitəsilə tranzit ola bilər. “Vaşinqtonda baş verən yeganə şey odur ki, tərəflər sülh sazişini tezliklə imzalamaq barədə razılığa gəliblər. Bu saziş hələ yekunlaşmayıb, çünki Azərbaycanın hələ də yerinə yetirilməmiş bir sıra tələbləri var”.

Heydəri iddia edib ki, sərhəd məsələsinin açıq qalması sülhün reallaşmasına maneədir. “Sərhədlərin demarkasiyası, yəni sərhədin nişanlanması hələ də aparılmayıb. Bu iki məsələ tamamlanmayana qədər sülh sazişi və dəhlizin statusu bəlli olmayacaq”.

İranlı ekspert onu da deyib ki, əgər Zəngəzur dəhlizi Azərbaycanın nəzarəti altında olarsa, bu İran üçün daha yaxşı variantdır. “Əgər marşrut Azərbaycanın əlində olsa və Ermənistanın suverenliyi qorunsa, İran üçün heç bir təhlükə olmayacaq”.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
40
50
tribunainfo.az

10Источники