RU

Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq üç əsas istiqamət üzərində qurulub- ÖZƏL

"Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq üç əsas istiqamət üzərində qurulub: Enerji və ticarət; rəqəmsal iqtisadiyyat və süni intellekt; təhlükəsizlik və müdafiə". Olaylar xəbər verir ki, bunu deyən  YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədovun sözlərinə görə, Xəzər regionunun zəngin enerji ehtiyatlarının Qərb bazarlarına təhlükəsiz və səmərəli şəkildə nəql olunması sahəsində ABŞ-ın dəstəyi mühüm rol oynayır: "Xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin uğurla həyata keçirilməsində Donald Tramp administrasiyasının siyasi və diplomatik dəstəyi strateji əhəmiyyətə malik olub. Trampın praqmatik enerji siyasəti Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verib və Azərbaycan üçün yeni iqtisadi imkanların açılmasına şərait yaradıb.  ABŞ-ın qabaqcıl texnologiyaları və investisiyaları Azərbaycanın qeyri-neft sektorunun inkişafına yönəlib. Bu əməkdaşlıq ölkənin iqtisadi transformasiyasını sürətləndirir və rəqəmsal iqtisadiyyatın şaxələndirilməsinə təkan verir, həmçinin innovativ sahələrdə əməkdaşlığın genişlənməsi üçün zəmin yaradır. Müdafiə sənayesi sahəsinə gəldikdə isə bu istiqamətdə  əməkdaşlıq, terrorizmə qarşı birgə mübarizə və regional sabitliyin təmin olunması yönümündə  fəaliyyət davamlı surətdə dərinləşir. Bu, iki ölkənin strateji maraqlarının və təhlükəsizlik öhdəliklərinin uyğunlaşmasının əyani göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
3
1
olaylar.az

2Источники