“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Project Centre” MMC ilə 1 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Laçın şəhərinin daxili yollarının 2 mərhələ üzrə layihələndirməsinə dair xidmətin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 1 000 000 AZN təşkil edir.