RU

"Perplexity AI" "Chrome"u 34,5 milyard dollara almaq istəyir

"Perplexity AI" "Chrome"u 34,5 milyard dollara almaq istəyir

Amerikanın süni intellekt hazırlayan "Perplexity AI" şirkəti "Chrome" brauzeri üçün "Google"a 34,5 milyard dollar təklif edib.

AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, göstərilən məbləğ 18 milyard dollar dəyərində qiymətləndirilən "Perplexity AI"-nin hazırkı dəyərini üstələyir, lakin şirkət özü bir neçə investorun mümkün sövdələşməni dəstəkləməyə razılaşdığını açıqlayıb.

Təklif ABŞ Ədliyyə Nazirliyi antiinhisar kampaniyası çərçivəsində 2025-ci ilin martında "Google"a qarşı iddia qaldırdıqdan sonra edilib. Məhkəmə axtarış sistemləri bazarında rəqiblər üçün bərabər şərait yaratmaq üçün "Google"un "Chrome"a sahiblikdən imtina etməsi zərurətini nəzərdən keçirir.

Bundan əvvəl "OpenAI" və "Yahoo" da brauzeri almaqda maraqlı olduqlarını bəyan etmişdilər.

Избранный
21
2
afn.az

3Источники