RU

"Mançester Yunayted" Fermin Lopes üçün 80 milyon avro təklif edib

"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes "Mançester Yunayted"in transfer hədəfinə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, İngiltərə təmsilçisi 22 yaşlı futbolçu üçün Kataloniya klubuna təxminən 80 milyon avro təklif edib.

Maliyyə çətinlikləri fonunda "Barselona" üçün bu təklifi rədd etmək asan deyil. Lakin Fermin Lopesin özü hələlik gələcəyi ilə bağlı yekun qərar verməyib.

Qeyd edək ki, Kataloniya təmsilçisinin yetirməsi olan Lopes ötən mövsüm bütün turnirlər daxil olmaqla 46 oyunda meydana çıxıb, 8 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Buna baxmayaraq, futbolçu daha əvvəl verdiyi açıqlamada yeni mövsüm ərəfəsində "Barselona"dan ayrılmaq fikrində olmadığını bildirmişdi.

Избранный
34
90deqiqe.az

1Источники