RU

Paşinyanın aparatı Pezeşkianın Ermənistana səfər tarixini dəqiqləşdirib

Ermənistan Baş naziri aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsi İran Prezidenti Məsud Pezeşkianın İrəvana səfərinin tarixini dəqiqləşdirib.

Bu barədə  Ermənistan mediası xəbər verir.

“İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Ermənistan Respublikasına rəsmi səfəri avqustun 19-da həyata keçiriləcək”, – idarədən bildirilib.

Qeyd edək ki, daha əvvəl Pezeşkianın Ermənistana avqustun 18-də səfər edəcəyi barədə məlumat verilmişdi.

Избранный
4
17
banker.az

10Источники