RU

Xüsusi icra məmuruna dair müsabiqənin keçirilməsi qaydası müəyyənləşəcək

Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi qaydaları hazırlanacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Xüsusi icra məmurları haqqında” qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 3 ay ərzində xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi qaydalarını hazırlamalıdır.

Избранный
59
1
apa.az

2Источники