ain.az bildirir, Dogru.az saytına əsaslanaraq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Doğru.az xəbər verir ki, gündüz saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25°, gündüz isə 29-33° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 40-45% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Şərq küləyi bəzi bölgələrdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 20-24°, gündüz 30-35°, dağlarda isə gecə 12-17°, gündüz 18-23° isti olacaq.
DOĞRU.AZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.