RU

“Qarabağ” bizdən güclü idi Şkendiya nın kapitanı

Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Çətin oyun alındı. İstədiyimiz nəticəni qazana bilmədik. Artıq qarşıdakı matçlara köklənməliyik”.

QOL.az saytına müsahibəsində bu sözləri “Şkendiya”nın kapitanı Besart İbraimi UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”a 1:5 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

38 yaşlı futbolçu Ağdam klubu haqda müsbət fikirlər səsləndirib: “Azərbaycan çempionuna pley-offda uğurlar arzu edirəm. “Qarabağ” çox yaxşı komandadır. Bizdən güclüdür. Liqa mərhələsində oynamağa layiqdir. İnanıram ki, bu istəklərinə nail olacaqlar”.

Şimali Makedoniya çempionu təmsilçimizlə görüşdə erkən qol vursa da, sonradan qapısında ardıcıl toplar gördü. İbraimi bunun səbəbini belə izah edib: “Bir qədər dözmək lazım idi. 20 dəqiqə üstünlüyümüzü qoruya bilsəydik, bəlkə də nəticə fərqli olardı. Lakin biz qapımızdan çox tez qol buraxdıq. Hesabı açdıqdan 5-6 dəqiqə sonra “Qarabağ” fərqləndi, ardınca da ikinci qol gəldi. Bundan sonra artıq bu cür güclü rəqibə qarşı mübarizə aparmaq çətin idi”. 

“Düşünmürsünüz ki, cütün taleyi ilk oyunda həll olunmuşdu?” sualını təcrübəli forvard belə cavablandırıb: “Xeyr, elə düşünmürəm. Təbii ki, qalib gəlsəydik, Bakıda işimiz bir qədər asan olardı. Lakin bu, futboldur. “Qarabağ” bizdən güclü idi. Yaxşı futbolçuları var. Qarşıdakı matçlarda onlara uğurlar arzulayıram”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
80
50
qol.az

10Источники