İngiltərə Premyer Liqası birinci turun oyunlarının əvvəlində Dioqo Jotanı anmaq üçün bir dəqiqə sükut elan edilməsini qərara alıb.
Publika.az ESPN-ə istinadən xəbər verir ki, çempionat rəhbərliyi bununla bağlı onun sabiq klubu "Liverpul" ilə müzakirələr aparıb və tərəflər bir neçə məqama razılıq verib.
Sükutdan əlavə, bütün oyunçular qollarına qara lentlər taxacaqlar, stadion ekranlarında isə Jotanın şəkli və uyğun mətn göstəriləcək.
Xatırladaq ki, iyulun 3-də Dioqo Jota və onun qardaşı Andre İspaniyada avtomobil qəzasında həlak olub.