ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
London, 13 avqust, AZƏRTAC
Böyük Britaniya hökuməti dövlət borcu böhranını yüngülləşdirmək və büdcədə yaranmış 50 milyard funt sterlinq kəsiri bağlamaq üçün miras vergisini artırmağı planlaşdırır.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, Maliyyə Nazirliyi miras vergisi qaydalarının sərtləşdirilməsini nəzərdən keçirir. Müzakirə olunan variantlardan biri “yeddi il qaydası”nın ləğv edilməsidir. Bu qaydaya görə, əgər bir şəxs kiməsə hədiyyə və ya əmlak bağışlayırsa və bu bağışdan sonra yeddi il ərzində vəfat etmirsə, həmin hədiyyəyə görə vergi tutulmur.
Maliyyə Nazirliyinin bu addımı atmasına səbəb kimi Leyboristlər Partiyasının bəzi iqtisadi qərarlardan geri çəkilməsi, artan borclanma və zəif iqtisadi artım nəticəsində yaranan çoxmilyardlıq maliyyə kəsiri göstərilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.