RU

Birinci ixtisas qrupunda dövlət sifarişi üzrə yerlərin sayı məlum olub

Bakı. Trend:

2025/2026-cı tədris ili üçün respublika ali təhsilmüəssisələrinin I ixtisas qrupuna Azərbaycan və rus bölmələri, həriki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlətsifarişi üzrə yerlərin sayı təqdim edilib.

Bu barədə Trend-ə Dövlətİmtahan Mərkəzindən məlumat verilib.

Bildirilir ki, 2025/2026-cı tədris ili üçün ali təhsilmüəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 14 min305, rus bölməsi üzrə 860 plan yeri nəzərdə tutulur. Hər ikibölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5220 yerolmaqla, I ixtisas qrupu üzrə ümumilikdə 20 min 385 yer ayrılıb.Bundan 15 min 199 yerə qəbul dövlət sifarişi əsasında aparılır.

I ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrəpaylanmasına gəldikdə isə RK altqrupunda ümumilikdə 12 min 955 planyeri (o cümlədən Azərbaycan bölməsində 9845, rus bölməsində 510,hər iki bölmənin birgə müsabiqəsi üzrə 2600) var. RK altqrupundadövlət sifarişi əsasında 9199 plan yeri var.

Rİ altqrupu üzrə ümumilikdə 7430 plan yeri (o cümlədənAzərbaycan bölməsində 4460, rus bölməsində 350, hər iki bölməninbirgə müsabiqəsi üzrə 2620) mövcuddur. Rİ altqrupunda dövlətsifarişi əsasında 6000 plan yeri ayrılıb.

Xatırladaq ki, ötən il I ixtisas qrupu üzrə ümumilikdə 19 min990 yer ayrılmış, ondan 14 min 407 yer dövlət sifarişi əsasındaolmuşdu.

Избранный
9
11
az.trend.az

4Источники