2024-cü ilin yayında “Araz-Naxçıvan”dan ayrılan Mohammed Kadiri yenidən Azərbaycana dönüb.
Qanalı yarımmüdafiəçi I Liqada çıxış edəcək.
28 yaşlı afrikalı Premyer Liqaya vəsiqə qazanmsaq iddiasında olan “Mingəçevir“lə 1 illik müqavilə imzalayıb.
Kadiri son mövsümü Hindistanda keçirib. Yerli I Liqada mübarizə aparan “Mohammedan”ın şərəfini qoruyub.
2023-2024 mövsümündə "Araz-Naxçıvan"da çıxış etmiş Kadirinin vaxtilə Kiyev "Dinamo"sunun və Tula "Arsenal"ının da heyətində yer almasını xatırladaq.
SPORTİNFO.AZ