RU

Podolyak: Ukrayna Rusiya ilə hava məkanında atəşkəsi müzakirəyə hazırdır

Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Kiyev Rusiya ilə hava məkanında atəşkəs imkanını müzakirə etməyə hazırdır. Onun sözlərinə görə, bu mövzuda danışıqlar Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə aparılmalıdır.

Podolyak vurğulayıb ki, hər hansı ərazi güzəştləri təklifi “qəribə səslənir” və beynəlxalq hüquqa ziddir. O qeyd edib ki, Rusiyanın və ABŞ-ın Alyaskada keçiriləcək sammitində Ukrayna ilə bağlı məsələlər yalnız Ukrayna tərəfinin iştirakı ilə müzakirə olunmalıdır.

Müşavir Corriere della Sera qəzetinə müsahibəsində hava atəşkəsi ideyasının danışıqlar üçün başlanğıc nöqtəsi ola biləcəyini deyib.

//Samir Qurbanov, Editor.az

Избранный
31
editor.az

1Источники