RU

Dövlət Porqramı iştirakçıları ilə Orientasiya görüşü keçirildi

BAKI, 13 avqust. TELEQRAF

Bu gün “2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2025/2026-cı tədris ili üzrə Dövlət Porqramı Təqüdçüsü adını qazanmış gənclərlə Orientasiya görüşü keçirilib.

Teleqraf xəbər verir ki, görüş çərçivəsində Dövlət Proqramı İdarəetmə Qrupunun nümayənələri tərəfindən Dövlət Proqramı çərçivəsində təhsillə əlaqəli zəruri məlumatları Proqram İştirakçılarının diqqətinə çatdırılıb.

Sonda tədbir sual-cavab sessiyası ilə davam edib. İştirakçılar tərəfindən ünvanlanan bütün suallar cavablandırılıb, bir sıra vacib məqamlar gənclərə bir daha izah olunub.

Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə Dövlət Proqramına seçilmiş 500 nəfər iştirakçı dünyanın 14 ölkəsinə aid 64 nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar.

Избранный
58
teleqraf.com

1Источники