RU

BDU-nun Şərqşünaslıq fakültəsində 14 ixtisas üzrə mütəxəssis hazırlanır

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində 4 kafedra (Ərəb filologiyası, Orta Şərq dilləri və ədəbiyyatı, Türk filologiyası, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedraları) və 1 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.

QHT.az xəbər verir ki, fakültədə müxtəlif Şərq ölkələri üzrə olan ixtisaslaşmalarda təhsil alan tələbələr müvafiq ölkələr üzrə kompleks sahələr ilə tanış olur və biri əsas, digəri əlavə olmaqla minimum 2 Şərq dilinə yiyələnirlər. Fakültənin müxtəlif ixtisaslarından məzun olan tələbələr hər il öz sahələri üzrə uyğun olaraq təhsillərini ərəb ölkələrində, Türkiyə, İsrail, Pakistan, Yaponiya, Çin və Koreya universitetlərində davam etdirə bilirlər.

Şərqşünaslıq fakültəsində ixtisaslar 3 istiqaməti əhatə edir: Regionşünaslıq (Şərq ölkələri üzrə), Filologiya (Şərq dili və ədəbiyyatı) və Tərcümə (ərəb və fars dilləri üzrə).

Fakültədə tədris Azərbaycan və rus dillərində aparılır.

Избранный
29
2
qht.az

3Источники