Ukrayna Rusiya ilə münaqişənin həlli çərçivəsində beş tələb sadalayıb.
Onları “Politico” qəzeti dərc edib .
Müəyyən edilib ki, Kiyev Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünə qədər təhlükəsizlik zəmanəti və davamlı atəşkəs tələb edə bilər , lakin “sərhədləri ilə bağlı” güzəştə getmədən. Bundan əlavə, Ukrayna tərəfi Moskvadan təzminat ödəməsini və hərbi əsirlərin dəyişdirilməsini istəyir, bu barədə əvvəllər Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqlar zamanı razılaşdırılıb.