RU

Aksel Vitsel “Jirona”ya keçdi

36 yaşlı belçikalı mərkəz müdafiəçisi Aksel Vitsel Madrid “Atletiko”sundan azad agent qismində “Jirona”ya keçib.

Arena.az bu barədə “Jirona”nın mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Vitsel Lyej “Standard”ının məzunudur. Müdafiəçi həmçinin “Benfika”, “Zenit” (Sankt-Peterburq), “Tyantszin Tyanhay”, “Borrussiya” (Dortmund) və Madrid “Atletiko”sunda çıxış edib.

Geridə qalmış mövsümdə Aksel Vitsel “döşəkçilər”in heyətində 22 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Aksel Vitsel 2008-ci ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 132 oyuna 12 qol, 8 məhsuldar ötürmə ilə fərlənib.

“Transfermarkt” internet-portalı 36 yaşlı belçikalı mərkəz müdafiəçisinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Избранный
46
arena.az

1Источники