RU

Bessent: Tramp Alyaskada Putinlə görüşdən sonra Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər...

ABŞ maliyyə naziri Rusiyanın “kölgə donanması”nın hədəfə alınacağını istisna etmir...

ABŞ maliyyə naziri Bessent, prezident Donald Trampın Alyaskada Vladimir Putinlə görüşündən sonra Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasının istisna olmadığını bildirib.

Poliqon xəbər verir ki, ABŞ maliyyə naziri bu barədə Bloomberg TV-yə müsahibəsində danışıb. Nazirin sözlərinə görə, Tramp Putinlə danışıqlar zamanı bütün variantların masada olduğunu açıq şəkildə ifadə edəcək və sanksiyalar həm sərtləşdirilə, həm də yumşaldıla bilər.

“Onlar müəyyən müddətə tətbiq oluna bilər, yaxud müddətsiz qüvvədə qala bilər. Bilirsiniz, dünyada belə bir Rusiya ‘kölgə donanması’ var və düşünürəm ki, biz bu gəmiləri sanksiyalara məruz qoya bilərik”, deyə Bessent Bloomberg TV-yə müsahibəsində vurğulayıb.

Nazir Avropa liderlərini də Rusiyaya qarşı sanksiyaları təsir vasitəsi kimi istifadə etməyə çağırıb. Bessentin sözlərinə görə, bu, Moskvanı beynəlxalq hüquqa uyğun davranmağa məcbur etmək üçün effektiv mexanizmdir.

Poliqon.info

Избранный
51
50
poliqon.info

10Источники