RU

Tülküləri qəfəsə salan restoran sahibi cəzalandırılacaq- Video

Sosial şəbəkələrdə “Yolüstü” restoranının ərazisində tülkülərin qəfəsdə saxlandığını əks etdirən görüntülər yayılıb. 

 

Referans  xəbər verir ki, görüntülər müzakirələrə səbəb olub.  

 

Məsələ ilə bağlı "Qafqazinfo.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlayıb.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov müraciətə cavab olaraq bildirib ki, Ələt-Astara magistral avtomobil yolunun kənarında fəaliyyət göstərən “Yolüstü” restoranının ərazisində tülkülərin qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər qurum əməkdaşları tərəfindən yerində araşdırılıb:

 

“Əraziyə keçirilən baxış zamanı vəhşi heyvanların qəfəsdə olmadığı müəyyən edilib. Restoranın sahibi qeyd edib ki, görüntülər sosial şəbəkədə yayıldıqdan sonra tülkülər qəfəsdən çıxarılaraq təbiətə buraxılıb.


Tülküləri qəfəsdə qanunsuz saxladığına görə restoranın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq akt və protokol  tərtib edilərək qanunamüvafiq tədbir görüləcək”.


 

Избранный
58
9
referans.az

10Источники