“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycandan Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yükün ilk hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən göndərilib.
Bildirilib ki, yardımın göndərilməsi Prezident İlham Əliyevin 2025-ci il 11 avqust tarixli Sərəncamına əsasən Energetika Nazirliyi tərəfindən təmin edilir.
Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir. Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi 10 yük avtomobilindən ibarət karvanla yola salınıb.
Ukraynanın müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissəsinin də yaxın günlərdə yola salınması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Hazırkı müharibə şəraiti ilə əlaqədar olaraq, Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 44 milyon ABŞ dollarını keçib.
10Источники
-
senzor.azAzərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi ( 20388834)
-
news24.azUkraynaya növbəti humanitar yardım göndərildi ( 20371887)
-
azerbaijan-news.azUkraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardımın növbəti hissəsi göndərilib ( 20378379)
-
operativmm.azUkraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardımın növbəti hissəsi göndərilib ( 20376972)
-
yeniavaz.comUkraynaya humanitar yardımın növbəti hissəsi göndərildi – Fotolar ( 20376807)
-
baki-xeber.comNövbəti humanitar yardım Azərbaycandan Ukraynaya yola salındı ( 20376660)
-
operativmedia.azUkraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardımın növbəti hissəsi göndərilib ( 20376036)
-
azertag.azUkraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardımın növbəti hissəsi göndərilib ( 20375631)
-
demokrat.azAzərbaycandan Ukraynaya növbəti humanitar yardım — YENİLƏNİB ( 20375556)
-
qaziler.azAzərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım yola salınıb - FOTO - YENİLƏNİB ( 20375139)