RU

ABŞ hər ehtimala qarşı Rusiyaya xəbərdarlıq edib

Unikal.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-ın maliyyə naziri deyib ki, avqustun 15-nə planlaşdırılan ABŞ-Rusiya sammiti nəticəsiz qalarsa, Vaşinqton sanksiyalardan və ikinci dərəcəli rüsumlardan istifadə edə bilər.

"Unikal" xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skot Bessent deyib. O bildirib ki, ABŞ hər ehtimala qarşı Rusiyaya xəbərdarlıq edib.

"Tramp Putinə başa salacaq ki,bütün variantlar mümkündür. Sanksiyalar sərtləşdirilə bilər və ya yumşaldıla bilər. Onların müəyyən müddəti ola bilər, qeyri-müəyyən müddətə qüvvədə ola bilər. Bilirsiniz, dünyanın hər yerində Rusiyanın gəmilərdən ibarət "kölgə donanması" var ki, məncə, sanksiyalar tətbiq edə bilərik", - deyə Bessent qeyd edib.

O, həmçinin Avropa liderlərini sanksiyalardan Rusiyaya qarşı təsir rıçaqları kimi istifadə etməyə çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
43
2
unikal.az

10Источники